“Milan” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi “Brayton”dan Pervis Estupinan ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Pervis bu həftə “Milan”la 5 illik müqavilə imzalayacaq.
Sol cinah oyunçusu “Brayton”da ümumilikdə 104 oyunda 5 qol vurub, 14 məhsuldar ötürmə edib.