BAKI, 24 iyul. TELEQRAF
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair geniş kollegiya iclasında deyilib.
Qeyd olunub ki, istintaq tədbirləri ilə onun 37,7 faizinin, yəni 21 milyon 26 min manat hissəsinin ödənilməsinə nail olunmuş, habelə 13 milyon 788 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.