AZ

“Ferrari” mühərriksiz yaxta istehsal edəcək


İtaliyanın avtomobil nəhəngi “Ferrari” tamamilə avtonom enerji təchizatı ilə dünyanın bu ölçüdə ilk yelkənli gəmisi olan “Hypersail” adlı yaxta hazırlayır.
Yeniavaz.com
“Focus” nəşrinə istinadla xəbər verir ki, yaxta təkcə günəş və külək enerjisindən deyil, həm də gəminin hərəkətinin kinetik enerjisindən istifadə edəcək.
Yaxtanın dizaynının əsasını 50 düyünə qədər sürət yığmağa, həmçinin, ona suyun üzərində sözün əsl mənasında uçmağa imkan verən hidrofoil sistem təşkil edir.
Yaxtanın korpusu məşhur fransız gəmi memarı Qilyom Verdye tərəfindən hazırlanır.
Gəminin uzunluğu təxminən 30 metr təşkil edir.
Ənənəvi yaxtalardan fərqli olaraq “Hypersail”də nə daxili yanma mühərriki, nə də ehtiyat generator olacaq.
Bütün nəzarət sistemləri bərpa olunan enerji mənbələrində işləyəcək.
“Ferrari” yeni məhsulun konkret yarışlarda iştirakı ilə bağlı hələ qərar verməyib.
Prototip İtaliyadakı gəmiqayırma zavodunda hazırlanır. İlk dəniz sınaqları 2026-cı ilə planlaşdırılıb.
Seçilən
14
1
yeniavaz.com

2Mənbələr