AZ

Cüdoçumuz erməni rəqibinə ipponla qalib gəldi

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kq) Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında Ermənistandan olan rəqibinə ipponla qalib gəlib.

Bizim.Media xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Ermənistanı təmsil edən Tiqran Saruxanyanla qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (-81 kq) də 1/4 finala vəsiqə əldə edib.

Bizim.Media

Seçilən
110
15
bizim.media

10Mənbələr