AZ

Ötən ay Azərbaycana ən çox turist Rusiyadan gəlib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin iyun ayında Azərbaycana 237 min 509 nəfər turist (illik müqayisədə 11% az) gəlib.

Banco.az Dövlət Turizm agentliyinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycana ən çox turist Rusiyadan gəlib. 

Bu ölkədən gələnlərin sayı 73 min 415 nəfər olub. Bu, 2024-cü ilin (82 min 246 nəfər) eyni dövrü ilə müqayisədə 10,7% azdır. Türkiyədən gələnlərin sayı 5,2% artaraq 40 min 326 nəfərə çatıb. İrandan gələnlərin sayı isə 11,3% azalaraq 15 min 297 nəfərə yüksəlib.

Ötən ilin eyni dövründə Türkiyədən və İrandan gələnlərin sayı müvafiq olaraq 38 min 329 və 17 min 255 nəfərə bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
43
1
banco.az

2Mənbələr