AZ

İsrail bölgədəki bütün problemlərin mənbəyidir - Yəmən

BAKI, TurkicWorld

Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat, İslam və Ərəb ölkələrinin hökumətlərini və xalqlarını İsrail rejiminin artan təhdidlərinə qarşı dərhal və birgə mövqe sərgiləməyə çağırıb.

TurkicWorld xəbər verir ki, Əl-Məşat bildirib ki, Qəzza zolağında yaşayan fələstinlilərin həyatını xilas etmək üçün İslam dünyasının daha əvvəl görünməmiş şəkildə həmrəylik göstərməsi zəruridir.

“İslam ölkələri, sionist rejimin artan təhlükəsinə qarşı birlikdə və qərarlı şəkildə mövqe tutmalıdır”- deyə o bildirib.

Yəmənli lider Qəzzada aclıq və səfalət səbəbindən ölənlərin görüntülərinin hər bir müsəlmanı silkələməli olduğunu vurğulayıb.

“Fələstin və Qəzzaya laqeyd yanaşanlar sabah bu təhlükəni dəf edə bilməyəcəklər. Qəzzada aclıqdan ölənlərin acı görüntülərindən narahat olmayanların nə dini, nə insanlığı, nə də İslam anlayışı var”- deyə o bildirib.

O, həmçinin sionist rejimi “bölgədəki bütün problemlərin mənbəyi” adlandıraraq, onunla sülh və barış axtarışını “aldadıcı illüziya” kimi dəyərləndirib.

Seçilən
61
turkic.world

1Mənbələr