AZ

UNICEF Tayland və Kambocanı təmkinli olmağa çağırır

Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF), mülki əhalinin itkiləri ilə bağlı xəbərlər fonunda Tayland və Kambocanı maksimum təmkinli davranmağa çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb .

"UNICEF Tayland-Kamboca sərhədi boyunca uşaqlar da daxil olmaqla mülki əhalinin tələfatı ilə nəticələnən zorakılığın artması, eləcə də təsirlənmiş ərazilərdə yüzlərlə məktəbin müvəqqəti bağlanmasından dərin narahatdır. Uşaqlar hər zaman qorunmalıdır, onların təhlükəsizliyi və rifahı prioritet olmalıdır və məktəblər təhsil üçün təhlükəsiz məkan olaraq qalmalıdır ", - təşkilatın bəyanatında deyilir.

 

Gözəl Azadəliyeva

Seçilən
81
operativmedia.az

1Mənbələr