AZ

Ərinə pul qarşılığında yemək bişirən qadın müzakirələrə səbəb oldu

Həyat yoldaşına pul qarşılığında yemək bişirən qadın sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərədə yaşayan evdar qadın Rey ərindən hazırladığı evdə nahar üçün 10 funt sterlinq alır. 

Bu barədə TikTok-da video paylaşan qadının sözləri birmənalı qarşılanmayıb.

“Çöldə yemək almaq üçün bu pulu verə bilirsə, mənə də verə bilər. Nəticədə mən də zaman və əmək sərf edirəm”, - deyə qadın söyləyib.

Onun videsou qısa zamanda 200 min dəfədən çox baxılıb.

Bəzi sosial şəbəkə istifadəçiləri Reyin zəhmətinin müqabilində maaş almasını normal hesab etsə də, bir qisim onun sevgini biznesə çevirdiyini söyləyib.

İnsanların bəziləri düşünür ki, qadının evdə bişirdiyi  çöl yeməyindən daha yaxşı və sağlam olduğu üçün bu ədalətli yanaşmadır.

Billurə
 

Seçilən
86
1
olke.az

2Mənbələr