Bu gün Rusiyanın Xarkov şəhərinin mərkəzinə iki idarə olunan bomba ilə endirdiyi zərbə nəticəsində 33 nəfər yaralanıb.
Herbiand.az xəbər verir ki, bu barədə Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinegubov sosial media hesabında bildirib.
Sinequbov yazır ki, xəsarət alanlar arasında 10 yaşlı qız, 17 yaşlı oğlan və qız və kəskin stress reaksiyası keçirən 28 günlük körpə qız var. Zərərçəkənlərdən 5-i xəstəxanaya çatdırılıb, onların arasında 33 yaşlı qadının vəziyyəti ağırdır.
Şəhərin meri İqor Terexovun sözlərinə görə, bombalar şəhərin Şevçenkivski rayonundakı yaşayış massivinə düşüb. Mərmilərdən biri hündürmərtəbəli yaşayış binasına, digəri mülki müəssisəyə dəyib.
Yaşayış binasının yaxınlığında partlayış nəticəsində 15-ə yaxın avtomobil yanıb.