Axsham.az saytına istinadən ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayevin səhhəti pisləşib.
TƏBİB-dən Axşam.az-ın sorğusuna verilən məlumata görə, xanəndə dünən xəstəxanaya yerləşdirilib:
"23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin edilib. Hazırda müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.