AZ

Mərkəzi Aran regionunda neçə müəllim çalışır?-RƏSMİ

Ölkədəki müəllimlərin sayı cəmiyyətin geniş maraq dairəsinə daxil olan mövzulardandır. Bu kontekstdə AzEdu.az Təhsil Portalı regional təhsil idarələri üzrə neçə müəllimin fəaliyyət göstərməsi ilə bağlı silsilə yazılar hazırlayır. 

Bu dəfə Mərkəzi Aran Regional Təhsil İdarəsinin nəzdində fəalliyət göstərən rayonlar haqqında məlumat verəcəyik. Qeyd edək ki, bu regional təhsil idarəsinin tərkibində Ağdaş, Göyçay, Kürdəmir, Mingəçevir, Ucar, Yevlax və Zərdab rayonu fəaliyyət göstərir. 

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Ağdaş rayonu üzrə 1580, Göyçay rayonu üzrə 1750, Kürdəmir rayonu üzrə 1475, Mingəçevir rayonu üzrə 1122, Ucar rayonu üzrə 1025, Yevlax rayonu üzrə 1627, Zərdab rayonu üzrə isə 779 təhsilverən çalışır. 

Maraq doğuran daha bir məsələ ondan ibarətdir ki, hər regionda əhali sayına neçə müəllim düşür?

Ağdaş rayonunda 111106 nəfər əhali yaşayır və hər 70 nəfərə 1 müəllim düşür. Göyçayda isə 119024 nəfər əhali üçün bu göstərici hər 68  nəfərə 1, Kürdəmirdə 120400 nəfərlik əhali arasında hər 81 nəfərə1, Mingəçevirdə 102900 nəfərlik əhali arasında hər 91 nəfərə 1, Ucarda 85029 nəfər əhali üçün bu göstərici hər 82 nəfərə 1, Yevlaxda 128898  nəfərlik əhali arasında hər 79 nəfərə 1, Zərdabda isə 59737 əhali üçün hər 76 nəfərə 1 müəllim düşür.

 

Seçilən
14
azedu.az

1Mənbələr