AZ

Mişustin Paşinyan ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Rusiya Baş naziri Mixail Mişustin erməni həmkarı Nikol Paşinyanla ticari-iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.

Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

“Ermənistanın Baş naziri Nikol Paşinyanla işgüzar söhbət baş tutub. Ticari-iqtisadi əməkdaşlığın inkişafı məsələləri üzərində dayandıq. Əlbəttə, iki ölkə arasında ticarət dövriyyəsinin azalması bizi narahat edir”, – A.Overçuk bildirib.

Onun sözlərinə görə, baş nazirlər bu məsələ ilə bağlı bir sıra müzakirələr aparıblar.

“Rusiyanın Ermənistana investisiyaları barədə fikir mübasdiləsi aparıldı. Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. Ümumilikdə söhbət çox faydalı olub”, – A.Overçuk qeyd edib.

Seçilən
44
icma.az

1Mənbələr