AZ

Hərbi parad ABŞ-yə 30 milyon dollara başa gəlib | VİDEO

AzVision.az xəbər verir ki, Amerikanın “The Hill” nəşri belə məlumat yayıb.

“Mən təsdiqləyə bilərəm ki, Ordu festivalı və paradın ümumi dəyəri təxminən 30 milyon dollar təşkil edib”,- ABŞ ordusunun adı açıqlanmayan rəsmisi qəzetə bildirib.

İlkin olaraq təntənəli yürüşün xərcləri polis tərəfindən asayişin qorunması, şəhər küçələrinə ziyanın dəyməsi və onların təmizlənməsi xərcləri nəzərə alınmadan 25-45 milyon dollar olmalı idi.

Hərbi paradda 6 mindən çox amerikalı hərbçi iştirak edib. Onlar ABŞ tarixinin müxtəlif dövrlərinə aid hərbi geyimlərdə yürüş keçiriblər. Burada 150-yə yaxın müxtəlif hərbi texnika, o cümlədən “M1 Abrams” tankları, “Bradley” zirehli texnikası, “Stryker” zirehli transportyorları nümayiş etdirilib.

Paradın aviasiya bölməsinə “AH-64 Apache”, “UH-60 Black Hawk” və “CH-47 Chinook” helikopterləri, həmçinin “B-17 Flying Fortress” və “Douglas C-47” təyyarələri daxil olub.

- ABŞ prezidenti Donald Trampın əleyhdarları, eləcə də onun bəzi tərəfdarları tədbiri tənqid ediblər. Onlar başqa şeylərlə yanaşı, onun dəyərinə görə qəzəbləndilər”,- “The Hill” nəşri yazır.

Yeri gəlmişkən, tamaşaçıların da hərbi paraddan narazı qaldıqları vurğulanır. “YouGov” araşdırma xidmətinin hesabatına əsasən, paradın keçirilməsinin nə dərəcədə yerinə düşməsi və məqsədəuyğunluğu ilə bağlı ABŞ vətəndaşlarınıntəxminən bərabər bölünüb.

42% narazı amerikalıların 32%-i son dərəcə bunun əleyhinədri.Respondentlərin 43%-i bunu dəstəkləyib ki, onların da 27%-i qəti şəkildə bunun lehinə çıxıb. Rəyi soruşulanların 15%-i isə paradla bağlı qərarını müəyyənləşdirə bilməyib.


Sahil İsgəndərov
AzVision.az

Seçilən
100
1
azvision.az

2Mənbələr