AZ

Goranboyda yol qəzası baş verib - Xəsarət alan var

GORANBOY, 24 iyul. TELEQRAF

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Kəlbəcər sakini Əli Həbibov idarə etdiyi “Changan” markalı avtomobil yol kənarında dayanan Ramin Məmmədovun “Mercedes” markalı avtomobilinə çırpılıb.

Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
103
1
teleqraf.com

2Mənbələr