Lənkəranda dönərxanada yanğın olub
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə günorta saatlarında Lənkəran şəhərinin Zərifə Əliyeva və Mir Mustafaxan küçələrinin kəsişməsində yerləşən dönərxanada baş verib.
Yanğın obyektin dam örtüyündən başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə lokallaşdırılaraq tam söndürülüb. Görülən operativ tədbirlər nəticəsində alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Yanğının səbəbi araşdırılır.