Dövlət Neft Fondu (ARDNF) inkişaf etmiş ölkələrdə daşınmaz əmlaka investisiya imkanlarını araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun İnvestisiya departamentinin Daşınmaz əmlak şöbəsinin müdiri Elşən Həziyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ARDNF-də hər ilin əvvəlində həmin il üçün strategiya qəbul edilir:
“Strategiya investisiya komitəsi tərəfindən təsdiqlənir və biz həmin il ərzində qəbul olunmuş strategiyaya əasən, investisiya təkliflərini hazırlayırıq və investisiya komitəsinə təqdim edirik. Hazırda öz planlarımıza davam edirik, xüsusilə inkişaf etmiş ölkələrdə investisiya imkanlarını araşdırırıq. Dünyada nüfuzlu daşınmaz əmlak menecerləri ilə işləməyə davam eləyirik.
İlin əvvəlindən indiyədək heç bir yeni investiya etməmişik, lakin planlar davam edir, xüsusilə yeni, iqtisadiyyata töfhə verən sektorlar, məsələn, data və logistika tipli, xüsusilə yaşayış tipli daşınmaz əmlaka imvestisiyalar xüsusi hədəfimizdir. Bu tipli investisiyalarla bağlı fondlarla çalışmaları planlaşdırırıq. Hazırda bu imkanaları araşdırırıq. Bütün regionlar və qeyd etdiyim sektorlar üzrə investisiyalar birinci hədəfimizdir”.