AZ

Rusiya XİN Bakı və İrəvana görə hədəf göstərdi “Fürsətçilikdir”

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Qərb Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini regional müstəvidən çıxarmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova Qərbin sülh bəyanatlarını “fürsətçilik” adlandırıb:

“Qərb bir daha siyasi uğurlarını bəyan etmək üçün Bakı ilə İrəvan arasında barışıq prosesini öz kursuna çevirməyə çalışır. Hazırkı müddətdə Cənubi Qafqazın iki ölkəsi onların barışmasına və kəskin münaqişəli vəziyyətlərin həllinə dəfələrlə töhfə vermiş ən yaxın qonşuları olan Rusiya, İran və Türkiyənin dəstəyi ilə müstəqil şəkildə konstruktiv, konsensual qərarlar qəbul etməyə çalışırlar”.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
globalinfo.az

1Mənbələr