ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatlar vətəndaşlığının doğum hüququ ilə verilməsini məhdudlaşdıran sərəncamı konstitusiyaya ziddir.
Publika.az xəbər verir ki, bu qərarı ABŞ-ın Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi verib.
"Biz bu icra sərəncamının konstitusiyaya uyğun olub-olmadığını və hüquqi cəhətdən etibarlı olub-olmamasını nəzərdən keçiririk. Belə qənaətə gəlirik ki, icra sərəncamı hüquqi cəhətdən etibarsızdır. Çünki o, "burada doğulmuş və yurisdiksiyasına tabe olan bütün şəxslərə" vətəndaşlıq verən ABŞ Konstitusiyasına 14-cü düzəlişin mətninə ziddir", - deyə bildirilib.
Qeyd edək ki, ABŞ-ın apellyasiya məhkəməsi ilk dəfə olaraq Trampın sərəncamını konstitusiyaya zidd hesab edib.