Türkiyəli astroloq Dinçer Güner bu gün şir bürcündə baş verən yeni ayın təsirləri barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, astroloqun sözlərinə görə, yeni ay avqustun 12-nə qədər öz təsirini göstərəcək.
“Şir bürcünün yeni ayları həmişə özümüzə inamımızı artırır, yaradıcılığımızı stimullaşdırır və bizi daha cəsarətli addımlar atmağa dəvət edir. Biz özümüzü ifadə etmək, istedadımızı nümayiş etdirmək və səhnədə olmaq istəyirik. İçimizdəki uşaq canlanır, sevinc və əyləncəni həyatımızın mərkəzinə qoyur.
Bu dövrdə sevgi, ehtiras, romantik hisslərimiz də güclənəcək. Yeni münasibətlər, yeni layihələr, əyləncəli başlanğıclar üçün gözəl vaxtdır. Bir tərəfdən özümüzü güclü şəkildə təsdiq etmək istəyirik, digər tərəfdən isə bizi sıxışdıran və ya mane olan qüvvələrlə qarşılaşa bilərik”.
Dinçer Güner qeyd edib ki, bu dövrdə münasibətlərdə və ya iş mühitində bəzi mübahisələr də yaşaya bilərik: