ABŞ Milli Olimpiya Komitəsi (MOK) və ölkənin Paralimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan edib.
Publika.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Hər iki təşkilat ABŞ prezidenti Donald Trampın əmrinə əməl etməyin zəruriliyini xatırlatmaq üçün milli idman federasiyaları ilə əlaqə saxlayıb. Bundan əlavə, komitələr öz internet saytlarında müsabiqəyə uyğunluq qaydalarını yeniləyiblər. İdmançıların təhlükəsizliyi siyasətinin yenilənmiş versiyasında “transgender” sözündən istifadə edilmir. Qeyd olunur ki, yenidən işlənmiş siyasətdə qadınlar üçün ədalətli və təhlükəsiz rəqabət şəraitinin təmin edilməsinin vacibliyi vurğulanır.
Xatırladaq ki, Tramp fevralın 6-da cinsiyyəti doğulanda kişi olaraq təyin olunan transgenderlərin qadınların idman turnirlərində iştirakını qadağan edən sərəncam imzalayıb.