AZ

Doğum günü faciəyə çevrildi:18 yaşlı gənc dənizdə həyatını itirdi - VİDEO

Doğum

18 yaşlı Məhəmməd İsmayılov ad gününü qeyd etmək üçün dostu ilə birlikdə dənizə gedib. Gənc suya girdikdən sonra bir daha ondan xəbər alınmayıb.Hadisə yerinə gələn axtarış qrupları dənizdə axtarışlara başlayıb. Elə həmin vaxt gəncin meyiti sudan tapılaraq çıxarılıb. Meyitin üzərində qan izləri müşahidə edildiyindən, onun başının qayalara çırpılması nəticəsində ölməsi ehtimal olunur.Mərhumun atası bildirib ki, oğlunun yanında olan şəxsi tanımır.Hadisənin qeydə alındığı ərazi rəsmi çimərlik sayılmır. Bu səbəbdən də hadisəyə vaxtında müdaxilə mümkün olmayıb.Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə çağırır. Bildirilir ki, bu il belə ərazilərdə 32 nəfər suda boğulmaqdan xilas edilib və ölüm halı qeydə alınmayıb. Nəzarətsiz sahələrdə isə faciələrin qarşısını almaq çətin olur.Faktla bağlı araşdırma aparılır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. Ulusum.az

Diqqət Çəkənlər

Bezos deyir: Bacarıq Tanrının payıdır, gələcək isə sənin seçimin

Azərbaycanın ilk qadın gəmi kapitanı barəsində bədii film gəlir

İqtisadiyyat Nazirliyində yeni təyinatlar olub

Seçilən
83
ulusum.az

1Mənbələr