“Brayton”un müdafiəçisi Pervis Estupinan “Milan”a keçib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı ekvadorlu ilə 2030-cu ilin yayına kimi müqavilə imzalanıb.Oyunçu 2 nömrə altında çıxış edəcək.
"Transfermarkt" portalı müqaviləni 17 milyon avro qiymətləndirib.