AZ

Penitensiar Xidmət 4 və 5 saylı cəzaçəkmə müəssisəsilərini təmir etdirə bilmir

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əsaslı təmir işləri ilə əlaqədar elan etdiyi tender baş tutmayıb.

Tribubainfo.az-ın xəbərinə görə, müvafiq qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin dəyəri 578 362 AZN olub. Təmir ediləcək yerlərə 4 və 5 saylı cəzaçəkmə müəssisəsiləri, müalicə müəssisəsi, 2 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələri və s. daxildir.

Pravda.az

 

Seçilən
60
1
tribunainfo.az

2Mənbələr