Xəbər verdiyimiz kimi, iyulun 22-də Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan edib.
Belə ki, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5798 nəfər dövlət sifarişi, 7648 nəfər isə ödənişli əsaslarla təhsil alacaq.
Naxçıvanda neçə nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub?
Mövzu ilə bağlı AzEdu.az Naxçıvan Dövlət Universitetinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzindən verilən məlumata əsasən, Naxçıvan Dövlət Universitetində ilkin nəticəyə əsasən 63 ixtisaslaşma üzrə qəbul olan magistrant sayı 220 nəfərdir:
"Onlar içərisində 85 nəfər dövlət sifarişli, 135 nəfər ödənişli əsaslarla təhsil alacaq",- deyə qeyd edilib.