AZ

Azərbaycan cüdoçusu EYOF-da erməni rəqibinə ipponla qalib gəlib

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (-73 kq) XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına qələbə ilə başlayıb.

Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Ermənistanı təmsil edən Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (-81 kq) də 1/4 finala vəsiqə əldə edib.

Seçilən
115
15
report.az

10Mənbələr