AZ

Zəngəzur məsələsi Azərbaycan və Ermənistanın suveren işidir - Peskov

BAKI, TurkicWorld

Zəngəzur dəhlizi ilə bağlı məsələ Ermənistan və Azərbaycanın suveren işidir.

TurkicWorld xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.

"Bu, Ermənistan və Azərbaycanın suveren işidr. Biz Bakı və İrəvana ən tez zamanda müqaviləni imzalamağı arzu edirik", - deyə Peskov jurnalistlərə bildirib.

O, Rusiyanın Ermənistan və Azərbaycan arasında gedən danışıqlara hər cür dəstək olduğunu əlavə edib.

Seçilən
59
2
turkic.world

3Mənbələr