İyulun 24-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev 68 yaşını qeyd edib. Hakimiyyətə gəldikdən sonra Özbəkistanda çox ciddi iqtisadi-sosial layihələrə imza atan, ölkənin qlobal miqyasda siyasi nüfuzunun artmasında əvəzsiz rol oynayan, ən əsası, Türk Birliyinin güclənməsinə önəmli töhvələr verən Şavkat Mirziyoyev bu gün dünyanın bütün ölkələrindən təbrik məktubları almaqdadır. O cümlədən, Azərbaycan prezidenti İlham Əliyev də qardaş ölkənin prezidentini doğum günü münasibəti ilə təbrik edib. Xoş arzularını bildirib.
Bəs Şavkat Mirziyoyev haqda nələri bilirik?
Hafta.az yazır ki, Şavkat Mirziyoyev 1957-ci il iyulun 24-də Cizzax vilayətinin Zamin rayonunda həkim ailəsində anadan olub. 1981-ci ildə Daşkənd Suvarma və Kənd Təsərrüfatı Mexanikləşdirilməsi Mühəndisləri İnstitutunu bitirib.
O, 2003-cü ildə Özbəkistanın baş naziri vəzifəsinə təsdiq edilib və 2016-cı ilə qədər bu vəzifədə olub. 2016-cı il dekabrın 4-də keçirilən prezident seçkilərindən sonra 88,61 faiz səslə Özbəkistanın prezidenti seçilib. 2021-ci il oktyabrın 24-də keçirilən prezident seçkilərində səslərin 80,1 faizini toplayaraq 7 il müddətinə yenidən dövlət başçısı postuna təsdiqlənib. 2023-cü il iyulun 9-da keçirilən seçkilərdə Şavkat Mirziyoyev 87,05 faiz səslə qalib gəlib. İyulun 14-də təntənəli andiçmə mərasimi keçirilib, “Mehnat Şuhrati” və “Fidokorona Xidmətləri Üçün” ordenləri ilə təltif edilib.