“Taylandın Krallıq ordusu hər iki ölkədə mülki insanların itkisindən asılı olmayaraq, açıq-aşkar ağır silahlarla müharibəyə başlamaq niyyətində olan Kamboca ordusu və Kamboca hökumətinin hərəkətlərini pisləyir”,- ölkənin Silahlı qüvvələrinin bəyanatında deyilir.
![]() |
Asiyada daha bir müharibə qızışır| VİDEO |
Bu gün səhər isə, hər iki ölkənin rəsmiləri sərhəddə atışma barədə məlumat veriblər. Tayland komandanlığının məlumatına görə, Kamboca ilk dəfə PUA-lardan və reaktiv qumbaraatanlardan istifadə edib.
Krallıq ordusunun “X” sosial şəbəkəsində yerləşdirdiyi açıqlamaya görə, hadisə Surin əyalətinin Phanom Donq Rak rayonundakı qədim Prasat Ta Muen məbədi yaxınlığında səhər saat 7:35 radələrində baş verib.
Taylandın Səhiyyə naziri Somsak Thepsuthin keçirdiyi brifinqdə Kambocanın raket zərbələri nəticəsində bir hərbçinin və 11 dinc sakinin öldürüldüyünü açıqlayıb.
Onun sözlərinə görə, bir sıra mülki obyektlər hücuma məruz qalıb. O cümlədən, beş xəstəxananın yerləşdiyi ərazilərə zərbələr endirilib.
- Bir mərmi birbaşa Surin əyalətindəki xəstəxana binasına düşüb. Artıq beş xəstəxananın hamısı təxliyə edilib”,- nazir deyib.
Sahil İsgəndərov
AzVision.az