AZ

Zaxarova: Rusiya Cənubi Qafqazın sabit və təhlükəsiz olmasında maraqlıdır

Rusiya Ermənistan və Azərbaycanın birbaşa dialoq vasitəsilə ikitərəfli münasibətləri normallaşdırmaq qərarına hörmətlə yanaşır,

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Rusiya sabit, təhlükəsiz, dinc, firavan Cənubi Qafqazda maraqlıdır. Buna nail olmaq üçün zəruri şərtlərdən biri, əlbəttə ki, Bakı və İrəvanın çoxdan gözlənilən barışıdır", - deyə o qeyd edib.

O vurğulayıb ki, Rusiya tərəfi tərəfdaşlara lazım olan yardımı göstərməyə hazırdır.

 

Gözəl Azadəliyeva

 

Seçilən
43
operativmedia.az

1Mənbələr