AZ

Rusiyanın Azərbaycana təzyiqləri əks nəticələr verə bilər

Rusiya-Azərbaycan münasibətlərində özünü göstərən gərginlik və Kremlin Bakıya təziq cəhdlər ara vermir. Bu baxımdan Rusiyada yaşayan azərbaycanlılara və iş adamlarına qarşı tətbiq edilən təzyiqlərə paralel olaraq ölkəmizdə yaşayan rusdillilərin hüquqlarının qorunmasında istifadəyə can atılması məsələsi də diqqəti cəlb edib. Bunu Kremlin sözçüsü Dmitri Peskovun Azərbaycan-Rusiya münasibətləri ilə bağlı dedikləri Rusiyanın oynadığı çirkin niyyətləri ortaya çıxarıb. Peskov iddi aedib ki, Azərbaycanda rusdilli əhalinin guya hüquqları pozulur və Rusiya buna biganə qala bilməz. Halbuki son hadisələrə kimi Rusiya Azərbaycanda rus dilinin inkişafına verilən töhfəyə görə ölkəmizi dəfələrlə digə postsovetməkanı ölkələrinə nümunə göstərirdi. Çünki indinin özündə Azərbaycanda 340 rusdilli məktəb fəaliyyət göstərir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir. Amma məhz bu faktdan Rusiyay Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Halbuki Rusiyada yaşayan a 3 milyondan yuxarı azərbaycanlının ana dilində oxumaq və yazmaq imkanları yoxdur və Kreml istər rəsmi.,istərsə də qeyri-rəsmi şəkildə buna qarşı çıxır. Necə deyərlər bir atalar sözündə deyildiyi kimi oğru elə bağırırı ki, doğrunun bağrı yarılsın. Görünür Rusiyada belə hesab edirlər ki, müxtəlif təzyiq və təhdidlərlə Azərbaycana təsir göstərə və təhdid yolu ilə nələrəsə nail ola biləcəklərinə ümid edirlər. Məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq Asif Nərimanlı deyib ki, Yekaterinburqda azərbaycanlıların öldürülməsindən sonra Rusiyanın etnik azərbaycanlılara qarşı hücum dalğası genişlənməsi Azərbaycana təzyiq məqsədi daşıyır. Onun sözlərinə görə Moskvada belə hesab edirlər ki, bu yolla Azərbaycana təzyiq göstərə biləcəklər. Asif Nərimanlı:

“Bu hücumların əsas hədəfi Azərbaycana təzyiq etmək məqsədi daşıyırdı və bu yolla rəsmi Bakını müstəqil siyasətindən geri addım atmağa məcbur edəcəklərini düşünürdülər. Alınmadı. Peskov isə indi manipulyasiya edir və “qarşılıqlıq prinsipi” görüntüsü yaratmağa səy göstərir. Digər tərəfdən, Azərbaycanda ruslara qarşı mənfi münasibət iddiası Rusiyanın imperativ siyasətinin tərkib hissəsidir. Bilirik ki, Rusiya, xüsusilə də rusların yaşadığı ölkələrə qarşı hücumda, təzyiq siyasətində həmişə etnik ruslardan kart kimi istifadə edir,-deyib.

Politoloq belə hesab edir ki, bütün bunlar yanlış, imperiya siyasəti ilə yaşamanın nəticəsidir və çətin ki, bu, Rusiya üçün istənilən nəticəno versin. Belə ki, Azərbaycan tarixboyu tolerant ölkə kimi tanınıb və burada yaşayan ruslara münasibət həmi.ə xoş olub.

Hələlik Rusiyanın Azərbaycana qarşı digər təhdidləri də cəlb edir və hətta bəziləri az qala Putini Azərbaycana qarşı müharibəyə çağırırlar. Buna misal kimi ölkəmizə düşmən münasibəti ilə seçilən Zatulinin son sayıqlamlarını göstərmək olar Zatulinin iddiasına görə Azərbaycan Rusiyanın strateji müttəfiqi deyil və Rusiya Bakıya qarşı müharibə də daxil olmaqla ən sərt addımlar atmalıdır.

Halbuki bu sərsəm Zatulin unudur ki, hazırda Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb və Azərbaycanla müharibə onıaraqarşı ikinci cəbhənin açılması demək ola bilər. Digər tərəfdəndə Zatulin bu məsələdə Türkiyə amilini də unudur və və bununla siyası korluğunu ortaya qoyur. Xatırlada ki, SSRİ-nin dağılmasında da Zatulin kimi faşist və .ovinist qızışdırıcılar önəmli rol oynadılar. Üstündən illər ötsə də hadisələrin gedişi göstərir ki, Rusiya imperiya ambisiyaları zəhər kimi beyinlərə işləyib və rusların ondan qurtarması heç də asan olmayacaq. Belə bir vəziyyətdə Rusiya tərəfindən Azərbaycana qarşı təzyiqlərinin artması çətin ki. Kremlə uğur gətirsin.

Əziz Mustafa

Seçilən
24
oxumeni.az

1Mənbələr