Kambocanın Baş naziri Hun Manet BMT Təhlükəsizlik Şurasının sədri Asim İftixar Əhmədə məktub göndərərək, Tailandla sərhəddə hərbi əməliyyatların kəskinləşməsi fonunda təcili iclas keçirməyə çağırıb.
“Report”un məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.
Baş nazir Tailand silahlı qüvvələrini sərhədyanı rayonlar boyunca Kamboca mövqelərinə əsassız, qəsdən və məqsədyönlü hücumlarda ittiham edərək, bunu beynəlxalq hüququn pozulması adlandırıb.
Qeyd edək ki, iyulun 24-də səhər saatlarında Tailand və Kamboca arasındakı mübahisəli sərhəddə silahlı toqquşma baş verib. Tailand hökuməti Kamboca ilə sərhəd məntəqələrini bağlayıb. Tailandda 12 nəfərin həlak olduğu bildirilir.