AZ

“Yuventus” vingerini icarəyə verdi

Almaniyanın “Verder” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Bremen təmsilçisi “Yuventus”dan Samuel Mbanqulanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı vinger 2026-cı ilin yayına kimi Bundesliqa təmsilçisinin formasını geyinəcək.

Mbanqula 2021-ci ildən “Yuventus”da çıxış edirdi. O, ötən mövsümdə 32 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

Seçilən
45
1
futbolpress.az

2Mənbələr