AZ

“Liverpul” Ekitikeni satın aldı

“Liverpul” 23 yaşlı fransalı mərkəz hücumçusu Huqo Ekitikeni Frankfurt “Ayntraxt”ından tamhüquqlu əsasda satın alıb.

Arena.az bu barədə “Liverpul”un rəsmi saytına istinadən məlumat verir.

Tərəflərin müqavilə müddəti haqda açıqlama hələ verilməyib.

Keçid İngiltərə nəhənginə ümumilikdə 95 milyon avro məbləğ müqabilində başa gəlib.

Huqo Ekitike “Reyms”in məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Vayle” (icarə), PSJ və “Ayntraxt”da oynayıb.

Geridə qalmış mövsümdə Ekitike “Ayntraxt” üçün 48 oyun keçirib, 22 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Ekitike Frnsanın U-20, U-21, U-23 komandalarına cəlb edilsə də, əsas yığmaya çağırış hələ almayıb.

Ektike PSJ ilə Fransa çempionu (2022/2023, 2023/2024) olub və Fransa Super Kubokunu (2023/2024) qazanıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
40
arena.az

1Mənbələr