AZ

Orxan Əliyev də Qırğızıstana üz tutdu

Bu yay “Turan Tovuz”dan azad agent kimi ayrılmış azərbaycanlı hücumçu Orxan Əliyev bundan sonra Qırğızıstanda çıxış edəcək.

Arena.az xəbər verir ki, o, Qırğızıstanın “Ozgen” (Özkənd) klubu ilə anlaşıb.

Tərəflər arasında 6 aylıq müqavilə imzalanıb. Qırğızıstan Premyer Liqasında çıxış edən “Ozgen” hazırda 13 turdan sonra 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Orxan Qırğızıstanda çıxış edəcək 7-ci azərbaycanlı futbolçu olacaq. Daha əvvəl Mirabdulla Abbasov və İlkin Muradov “Abdış Ata” klubuna keçmişdilər. Ramin Əhmədov, Habil Nurəhmədov, İldar Ələkbərov və Nazim Məmmədzadə isə “Alay”da çıxış edirlər.

Orxan Əliyev bu ilin yanvar ayından “Turan Tovuz”un formasını geyinirdi. Tovuz klubu onu ilin əvvəlində “Kəpəz”dən 50 min avro müqabilində heyətinə cəlb etmişdi. 29 yaşlı forvard “Turan Tovuz”un heyətində cəmi 11 oyuna çıxıb və 2 məhsuldar ötürmə müəllifi olub.

Əliyev əvvəllər “Sumqayıt”, “Kəpəz”, “Araz-Naxçıvan”, “Xəzər Lənkəran”, “Zirə”, “Sioni” (Bolnisi), “Qaradağ Lökbatan” və “Qəbələ” kimi klublarda da çıxış edib. Azərbaycanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış hücumçu əsas millimizdə debüt şansı qazanmayıb.

Seçilən
79
arena.az

1Mənbələr