AZ

“Mançester Yunayted”dən 25 milyonluq transfer

“Mançester Yunayted” “Valensiya”nın yarımmüdafiəçisi Xavi Qerranın transferində maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı ispaniyalı Premyer Liqada oynamağa müsbət yanaşır. O, İspaniya klubu ilə müqavilə uzatmaq istəmir. 

“Mançester Yunayted” yarımmüdafiəçinin transferini düşünür.  İngiltərə klubu Qerranı 25 milyon avroya almağa hazırdır.

2024/25 mövsümündə Qerra “Valensiya”nın heyətində bütün yarışlarda 38 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

 

Seçilən
27
idmanxeber.az

1Mənbələr