AZ

ABŞ Beynəlxalq Enerji Agentliyinin maliyyələşdirilməsini dayandıra bilər

ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi Beynəlxalq Enerji Agentliyini (IEA) Amerika maliyyəsindən məhrum edə biləcək qanun layihəsini təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, müvafiq qanun layihəsi iyulun 23-də keçirilən iclasda təsdiqlənib.

Komitəyə uzun illər IEA-nın iqlimin qorunması siyasətinə verdiyi dəstəkdən narazı olan respublikaçılar nəzarət edir.

"Komitə müəyyən edib ki, agentlik kritik enerji təchizatı məsələləri ilə əlaqəli təqdim etdiyi məlumatlarla bağlı obyektiv mövqeyindən yayınır və əvəzində iqlim siyasətinin təbliğatını dəstəkləyən siyasiləşdirilmiş məlumatlar dərc olunur. Agentliyin fəaliyyətindəki bu dəyişiklik siyasətçilərin qərar qəbul etməsinə xələl gətirir və ABŞ-nin enerji təhlükəsizliyini və iqtisadi maraqlarını təhdid edir", - məlumatda deyilir.

Qeyd edək ki, Birləşmiş Ştatlar IEA-nın işini dəstəkləmək üçün hər il 6 milyon dollar ayırır ki, bu da onun büdcəsinin 14%-ni təşkil edir.

 

Gözəl Azadəliyeva

Seçilən
50
operativmedia.az

1Mənbələr