AZ

Çiçarito cəzalandırıldı

Meksika millisinin ən yaxşı bombardiri Çiçarito qadınlar haqqında işlətdiyi ifadələrə görə cəzalandırılıb.

Msport.az xəbər verir ki, Meksika Futbol Federasiyası 37 yaşlı futbolçuya sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Hazırda ölkəsinin “Qvadalaxara” klubunda çıxış edən Xavyer Ernandesə pul cəriməsi kəsilib. Bundan əlavə, təkrar pozuntu təqdirində, Çiçaritonun daha ciddi cəzalandırılacağı bildirilib.

“Mançester Yunayted” və “Real”ın formasını geyinmiş futbolçunun sosial şəbəkələrdə qadın və kişi münasibətlərinə dair paylaşdığı video böyük müzakirələrə səbəb olub. Hətta Meksika prezidenti Klaudiya Şeynbaum da onu işlətdiyi ifadələrə görə tənqid edib.

Qeyd edək ki, Xavyer Ernandes 2024-cü ildən “Qvadalxara”nın formasını geyinir.

Seçilən
56
msport.az

1Mənbələr