"Köçkün düşəndə həyat yoldaşım yenicə şəhid olmuşdu. Mən bu həyatı heç kimə arzulamıram. Çox ağır günlər yaşadıq. Şükür Allaha o günlər geridə qaldı", - deyə Ağdərənin Həsənriz kəndin köçən Gülgəz Məmmədova deyib.
Gülgəz Məmmədova şəhid Oktay Məmmədovun həyat yoldaşıdır. O.Məmmədov Kəlbəcər istiqamətində şəhid olanda ailənin tək oğul övladı bir neçə gün imiş doğulubmuş. Ailə məcburi köçkün kimi Bərdədə ağır şəraitdə yaşayıb. İndi isə "Böyük qayıdış" çərçivəsində doğma yurda qayıdır.
"Atasını heç vaxt görə bilmədiyi oğlumla, gəlinimlə, nəvələrimlə Həsənirzə qayıdıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, başda prezidentimiz İlham Əliyev olmaqla bütün qazilərin canı sağ olsun. Mən artıq çox xoşbəxtəm", -deyə o, əlavə edib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu