AZ

“Fulhem” yarımmüdafiəçini icarəyə götürmək istəyir

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Fulhem" yarımmüdafiəçi Kirnan Dyusberi- Hollun transferi ilə bağlı "Çelsi"yə təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Fulhem" mövsümün sonunda futbolçunu almaq şərti ilə onu icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2024/25 mövsümündə İngiltərə Premyer Liqasında 13 oyun keçirib və 1 qol vurub. Yarımmüdafiəçi Konfrans Liqasında isə 15 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Kirnan bu yay ABŞ-də keçirilən klublararası dünya çempionatında meydana çıxdığı 5 oyunda 1 dəfə fərqlənib. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
sport24.az

1Mənbələr