AZ

Zmeynı adasının sonuncu müdafiəçisi rus əsirliyindən qayıdıb

2025-ci il iyulun 22-də axşam Rusiya ilə məhbus mübadiləsi baş verib. Mübadilə zamanı Zmeynı adasının sonuncu müdafiəçisi Vitali Qirenko Ukraynaya qayıdıb.

Herbiand.az bildirir ki, bu barədə “Zmeynının müdafiəçiləri” Facebook icması məlumat yayıb.

Qeyd olunur ki, Vitali Qirenko üç ildən artıq rus əsirliyində olub.

“Zmeyninin son müdafiəçimizlə çoxdan gözlənilən, 3 il 5 ay davam edən mübadilə baş tutdu! Axilla adasının sərhədçisi Vitali Qirenko evindədir! Azad, ruhu və bədəni sarsılmaz olan Vitali nəhayət ki, öz doğma vətənindədir”, - məlumatda yazılıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
76
herbiand.az

1Mənbələr