AZ

ABŞ Dövlət Departamenti Ukraynaya 322 milyon dollarlıq silah satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Kiyev hökumətinə 322 milyon dollar dəyərində silah satışını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Dövlət Departamenti bu barədə bəyanat yayıb.

Bəyanatda Ukraynanın hava hücumundan müdafiə imkanlarını artırmaq və zirehli döyüş texnikası ilə təmin etmək üçün Kiyev hökumətinə 322 milyon dollarlıq silah satışını təsdiqlədiyi açıqlanıb.

Konqresə göndərilən bildirişə əsasən, ABŞ istehsalı olan zirehli texnikanın alınması, texniki xidməti, təmiri və modernləşdirilməsi üçün 150 milyon dollar, yer-hava raket sistemləri üçün isə 172 milyon dollar büdcə ayrılıb.

Seçilən
60
7
operativmm.az

10Mənbələr