AZ

Bu futbolçu “Fənərbağça”ya “yox” dedi: Mourinyoya görə

“Bavariya”nın və İspaniya millisinin vingeri Brayan Saraqosa baş məşqçisi portuqaliyalı mütəxəssis Joze Mourinyonun olduğu “Fənərbağça”ya keçmək variantından imtina edib.

Publika.az xəbər verir ki, bu barədə “Kicker” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 23 yaşlı ispaniyalı portuqaliyalı mütəxəssisə görə Türkiyə klubunda oynamaqdan imtina edib. Eyni zamanda, “Bavariya” yay transfer pəncərəsi çərçivəsində futbolçunu satmağı planlaşdırır. Qeyd olunur ki, “Fənərbağça” futbolçunun alınması üçün Münhen komandasının tələb etdiyi məbləği təklif edib. İspanla maraqlanan digər klublar yalnız icarə imkanlarını nəzərdən keçirir.

2024/2025 mövsümündə Brayan “Osasuna”da icarədə olarkən bütün turnirlərdə 28 oyun keçirib. O, bir qol vurub, altı məhsuldar ötürmə edib. Saraqosanın “Bavariya” ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Nüfuzlu “Transfermarkt” internet portalı onun transfer dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Seçilən
46
publika.az

1Mənbələr