AZ

Banklar 7 faizlə vəsait alır, niyə kredit faizi ikiqat YÜKSƏKDİR? – Maraqlı SƏBƏB

Məlum olduğu kimi 18 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.
 

Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 500 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7.25% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.


Bu depozit hesabına banklar aktivlərinin həcmini xeyli artıracaq. Amma bir məsələ var ki, banklar 7 faizə aldıqları vəsaiti ən azı 2 dəfə yüksək faizlə hüquqi və fiziki şəxslərə kredit kimi verəcək.

Bəs, bu nəylə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı-ekspert Əkrəm Həsənov deyib ki, banklar öz kapitallarını müxtəlif mənbələr hesabına formalaşdırır:

“Məsələn əmanətlər 12 faizlə yerləşdirilir və digər mənbələrdən də müəyyən kapital formalaşdırılır. Nəzərə alaq ki, Maliyyə Nazirliyi heç də bütün banklara depozit qoymur. Ancaq iri banklar bu imkandan faydalana bilir. O ki, qaldı kredit faizlərinə... Deməliyəm ki, bankların kredit faizləri bir neçə amildən formalaşır. İlk növbədə bankın öhdəlikləriylə bağlıdır. Məsələn, bank 12 faizlə əmanət alıbsa və yaxud 7 faizlə kredit götürübsə bunları qaytarmalıdır.

Təbii ki, faizi ilə birgə... Bundan başqa bankın cari xərcləri var. Yəni işçilərin əmək haqqı, icarə pulu və digər xərclər də var. Bütün bunlardan əlavə bankın qazancı da olmalıdır, axı...Üstəlik müəyyən risqlər də var. Məsələn, verilən kreditin qaytarılma risqi. Bu çox vacib məsələdir. Heç də verilən bütün kreditlər vaxtında qaytarılmır. Bu da əlavə xərclər yaradır. Bir sözlə, risqlər böyükdür. Risqlərin böyük olduğu ölkədə isə kredit faizləri yüksək olur”.

Surxay Atakişiyev, Bizim.Media

 

Seçilən
71
bizim.media

1Mənbələr