AZ

İsti havalarda infeksion xəstəliklər artır: Bol su için, gigiyenaya diqqət edin

Havaların 40 dərəcəni keçməsi infeksion xəstəliklərin yayılmasına səbəb olur.

 

Pravda.az bildirir ki, isti havalarda xüsusilə ishal halları artır. Bu dövrdə bol və təmiz su içilməli, qidalar yaxşı yuyulmalı və gigiyenaya xüsusi diqqət yetirilməlidir.

 

Həkimlər xəbərdarlıq edir ki, ishal, qusma və hərarət nəticəsində bədəndə su itkisi baş verir, bu isə körpələr və uşaqlar üçün təhlükəli ola bilər. Belə hallarda dərhal həkimə müraciət olunmalı, yağsız qidalarla xüsusi ishal pəhrizi tətbiq edilməlidir.

 

Mütəxəssis qeyd edib ki, meyvə və tərəvəzlər bol su ilə yuyulmalı, ətlər yaxşı bişirilməli, pasterizə olunmuş süd məhsullarına üstünlük verilməlidir. Həmçinin, xəstəlikdən qorunmaq üçün şəxsi gigiyena – xüsusilə əl yuma vərdişi vacibdir.

 

Əminə Bayramova

Tarix: 24 İyul 2025, 12:58   
Seçilən
63
pravda.az

1Mənbələr