AZ

XİN rəhbəri: Somali-Azərbaycan əlaqələrində müsbət dinamika var

Somali-Azərbaycan əlaqələrinin intensiv şəkildə inkişafında müsbət dinamikanın olmasından məmnunuq.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alinlə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, qarşılıqlı səfərlər çərçivəsində bir sıra sazişlər imzalanıb, həmin sazişlərin icrasına başlanması üçün ötən aylar ərzində bir çox qarşılıqlı səfərlər edilib: “Uzun illər ərzində bir sıra, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Somali qarşılıqlı maraqlar nəzərə alınır. Bir sıra beynəlxalq təşkilatlarda BMT, QŞ kimi platformalarda nümunəvi əməldaşlıq həyata keçiririk. Uzun illər ərzində Somali İƏT-də Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı yaradılan təmas qrupunun üzvü olub. Eyni zamanda, Azərbaycan da Somalinin ərazi bütövlüyünə və suverenliyinə dəstək verməkdədir”.

Seçilən
34
5
apa.az

6Mənbələr