AZ

ADNSU 29 nəfər üçün 56 min manatlıq təyyarə bilet alır

Tribuna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti növbəti tenderinə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, universitet tələbələrini Britaniyanın Vorvik Universitetinə planlanan səfəri üçün viza və gediş-dönüş biletləri alacaq.

3-8 avqust tarixlərinə təyin edilmiş uçuşlar üçün alınacaq biletlərin və viza ödənişlərinin sayı 29-dur. Bu uçuşlar ekonom sinifli olacaq və buraya qatarla səyahət də daxildir.

Açıq mənbələrdə bildirilir ki, sözügedən məqsədlər üçün ADNSU 80 min manat istəsə də, Tender Komissiyası bu işlər üçün 56 min 704 manatın kifayət edəcəyi qənaətinə gəlib.

Qeyd edək ki, ADNSU üçün biletləri və viza dəstəyini “VEGA TRAVEL MANAGEMENT” MMC həyata keçirəcək.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
124
1
tribunainfo.az

2Mənbələr