AZ

Çin Rusiya və Ukrayna razılaşmasından məmnundur

Sfera.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çin hökuməti Moskva və Kiyev arasında hərbi əsirlərin mübadiləsinə dair konsensusu alqışlayır və münaqişənin siyasi həllinə ümid edir.

Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib.

"Biz qeyd etdik ki, Rusiya və Ukrayna bu yaxınlarda birbaşa danışıqların növbəti raundunu keçirib və məhbus mübadiləsi kimi humanitar məsələlərdə konsensus əldə ediblər. Çin bunu alqışlayır", - diplomat İstanbuldakı məsləhətləşmələri şərh edərkən deyib. 

O, ümid edirik ki, hər bir tərəf böhranın siyasi həllinə çalışacaq”, - deyə əlavə edib.

Fidan Hacızadə

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
sfera.az

2Mənbələr