Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyənin "Hatayspor" klubuna üç transfer pəncərəsində futbolçu alma qadağası cəzasının verilməsinin səbəbi məlum olub.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, I Liqa təmsilçisi Azərbaycan millisinin hücumçusu Renat Dadaşova borcunu ödəmədiyi üçün cəzalandırılıb.
Belə ki, "Hatayspor" klubu 2023/24 mövsümündə icarə əsasında heyətində yer alan Dadaşova qarşı maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün FIFA tərəfindən 2 dönəmlik transfer qadağası almışdı.
Klub futbolçuya olan borcunu ödəmədiyi üçün bu cəzaya daha bir transfer dönəmi əlavə edilib. Bu isə o deməkdir ki, "Hatayspor" ən yaxşı halda 2027-ci ilin yanvarında heyətinə yeni oyunçu cəlb edə biləcək.
Qeyd edək ki, "Hatayspor" Renat Dadaşovu 2023-cü ilin yayında İsveçrə klubu "Qrasshoppers"dən icarəyə götürmüşdü. Forvard hazırda Polşa təmsilçisi "Motor"un formasını geyinir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.