AZ

Baş naziri öldürmək istəyiblər

Baş

İsraildə 70 yaşlı bir qadın baş nazir Benyamin Netanyahuya kustar üsulla hazırlanmış əl bombası ilə sui-qəsd cəhdində ittiham edilərək saxlanılıb.

Reyting.az
İsrail mediasına istinadla xəbər verir ki, qadın hücum cəhdindən sonra “Şin Bet” daxili kəşfiyyat agentliyinin keçirdiyi əməliyyat zamanı tutularaq sorğu-sual edilib.

Dindirildikdən sonra baş nazirin ofisi və dövlət qurumlarına yaxınlaşmamaq şərti ilə sərbəst buraxılan qadının yaxın günlərdə hakim qarşısına çıxacağı gözlənilir.

“Terror aktı törətmək üçün sui-qəsd”də ittiham olunan şübhəlinin fərqli fikirlərə malik olduğu və silah əldə etmək üçün digər etirazçılarla əlaqə saxladığı iddia edilir.

Hadisənin təfərrüatları hələlik bəlli olmasa da, Baş Nazirlikdən heç bir açıqlama verilməyib.

ELÇİN
Seçilən
35
1
reyting.az

2Mənbələr