AZ

TANRI YOLU poema

ain.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

 

 I Hissə: Çırağı sönmüş duaSəssizliyin bir cızıltısı var içimdə —yanmayan,amma hələ də tüstüləyənbir dua kimi.Gecənin qaranlığına deyil,öz içimdəki qaranlığaçırağımı yandırmışdım.İndi o çıraq —baxışınla oynayan bir kölgədir,ağlınla tutula bilməyənbir səs.Mən getmirəm —gedilməyən bir yerə çağrılmışam.Orada yollar əyri deyil,açıq da deyil.Sadəcə yoxdurlar.Sən özünə bax,yol ordadır.Çırağımı sənə tapşırıram,amma unutma:çıraq yalnızyanmaq üçün var.İşıq vermək — onun işi...Əgər sən onu tutmaq istəsən,yanarsan.Əgər uzaqdan baxsan,yanan sən olmazsan.Umudumu sənə tapşırıram.Bu, bir varislik deyil.Bu —içimdən keçənbir işığınsəndə dayanmasıdır.Səni ümidə tapşırıram.Çünki ümiddünyada təkcəinsanın Tanrıya bənzər halıdır.Qorxunu içində saxla,amma onu adla çağırma.Çünki ad verilmiş qorxudua olmağı unudar.Gəlmə arxamca...bu yol —sözlərin dayandığı,hisslərin soyunduğu,və ruhunöz gözünü açdığıbir keçiddir.Mən yola çıxarkənqapını açmadım —çünki bu yolqapıdan deyil,içindən keçir.II Hissə: Qovulmuş mələyin ağrısıBir gölün kənarında ağlayan mələk var.Heç kimin duymadığı bir sızıltı iləsuda əksini deyil,qədərini izləyir.Paltarı oğurlanıb,və o, saçlarına bürünüb —çılpaq bir həqiqət kimidünya qarşısında dayanır.Hicabını itirmiş bir günahkardır,amma günah onun deyil.Günah — onu yıxan baxışların içində gizlidir.Mələk ağlayır —ağlayışında nə göz yaşı var, nə səs.Çünki onun səsi,Tanrının qulağına catır.İndi onun danışığısuda dolaşan bir titrəyişdir,göl kənarındakıdaşların arasında gizlənən bir dua.O mələkbütün bacılarını itirib.Göyərçin cildində uçurbir göydən o biri göyə —hər qanad çırpışıbir iz,bir iz — bir xatirə,bir xatirə — bir həsrət.O, Tanrının unudulmuş əmrini axtarır.Qovulduğu yer cənnət deyil —cənnətin çöldəki kölgəsidir.Onun ağrısı təkcə yerə düşmək deyil,göydə unudulmaqdır.Və sən…əgər bir gün suda öz əksini görməzsənsə,bil ki, mələksəni yadında saxlayır,və əksin onun göz yaşlarına qarışıb.Sənin adınonun dua dəftərindədir.Arxamca gəlmə...çünki mən də onunla görüşə gedirəm.Yıxılmışlarınvə yenidən doğulmaq istəyənlərinməclisinə çağrılmışam.O məclis bir göl kənarında qurulacaq —və bütün mələklərsuyun səthindəöz itirilmiş adlarını yazacaqlar.Kiminki adı suda qalarsa,o bağışlanacaq.Kiminki adını su udarsa,o — unudulacaq.III Hissə: Qara daş və şirrin ağırlığıSəmada bir quş var,gündə yüz yol başımızın üstündən keçir.Heç nə demir.Heç yerə qonmur.Sadəcə ucur…sanki vaxtın içindən bir xatirə kimiüzərimizə kölgə salır.Onun caynağında bir qara daş var —nə atır, nə buraxır,nə də istədiyindən əl çəkir.O daş —nə sadə bir daşdır,nə də adi bir yük.O, unutduğumuz bir yemin qalığıdır.Bir zamanlar deyilmiş bir söz,yerinə yetirilməmiş bir dua,açılmamış bir niyyət…və yagözlərimizin içində gizlənmişamma dillənməmiş bir etiraf.Quş uçur —uçduqca daş ağırlaşır.Çünki hər uçuşdadaha bir insanöz yükünü ona tapşırır.O quş Tanrı tərəfindən qovulmayıb —Tanrının susqunluğuna buraxılıb.O, nə mələkdir, nə də şeytan.O, xatirələrin canlanmış halıdır.Bütöv bir hafizəcaynaq formasında göydə uçur.O daşı daşıyan quşunbir istəyi var:onu yerə qoymaq.Amma qorxur.Çünki o daş yerə düşsə,yer dagılar,və unutduğumuz hər şeybir-bir üstümüzə yağar.Bəlkə sən o quşun səsini eşitmisən.O, səssiz danışır —yalnız vicdanı oyanmış olanlaronu duya bilir.Hər nəfəs aldığındao quşun qanad çırpıntısıciyərində bir ah kimi səslənir.Sən o daşın sahibisənsə,bunu bilməyə bilərsən —çünki sirr daşıyançox vaxt öz sirrindən xəbərsiz olur.Daş danışmır,amma daşıyan zamanla dəyişir.Və mən…mən o quşu yuxumda görmüşəm.O mənə baxıb dedi:“Sən hələ öz yükünü tanımırsan.”IV Hissə: Simurqun ÇağırışıMən indi səhradayam,amma bu, torpaqlı səhrə deyil —ruh səhrəsidir.Burada addım atmırsan,burada səndən keçirsən.Qəf dağı göründü,nə xəritədə var,nə dildə.Onu yalnız özünə doğru yürüyənlər görə bilir.Dağın zirvəsindəbir tək quş dayanıb —amma quş deyil o:hər quşun cizgilərindən toxunmuşbir həqiqət varlığıdır.Simurq çağırır...amma çağırışı eşitmək üçünəvvəl öz səsini itirməlisən.O, adla səslənmir.O, qəlbində açılmış bir səssizlikdənöz-özünə danışır.Mən Simurqun gözlərinə baxandaözümü görmədim.Çünki artıq mən yox idim.Mənliyi dənizdə əriyən duz təksəssizcə çəkildiyi bir an vardı.Simurq mənə baxmadı,o məni baxmağa çağırdı.Mən isə baxa bilmədim —çünki görmək üçün göz yox,yoxa çevrilmiş könül lazımdır.Simurqun qanadlarıyerlə göy arasında yazılmışbir dua kimi açılırdı.Onun hər tükübir sirrin səsini saxlayırdı.O tükə toxunsaydım,bütün unudulanlarıyenidən xatırlayardım.Onunla danışmadım.Söz yox idi orada.Çünki artıq sözTanrının içində səslənirdi.Mənə qayıdış təklif olunmadı.Çünki qayıdış —sənin kiməsə bənzədiyin yerdə olur.Mən isə artıq heç kimə bənzəmirdim.Yalnız özümə.Mən Simurqa çevrildim,ya daSimurq mənə çevrildi.Bunu bilmək mümkün deyil —çünki birlik olanda fərq olmur.Epiloq: Sözlərin bitdiyi yerdəBurdan sonranə səs var,nə də söz.Çünki sözlərTanrıya yaxınlaşdıqcaözlərini unudar.Burdan sonragediş yoxdur —çünki gedən də,gedilən dəyox olmuşdur.Burdan sonraduanın özü dua etmir,çünkisənə lazım olanartıq istəyin deyil,varlığın özüdür.Kim harada dayandısa,orada tapacaqöz Simurqunu,öz daşını,öz mələyini.Çünki Tanrısəni axtarmaz,sən Onu axtardıqcaözünü taparsan.Əgər hələ də yoldasan,sevin:çünki yol var.Əgər itibsənsə,yenə sevin:çünki itməktapılmaq üçün var.Əgər sükut gəlibsə,onu dinlə:bəlkə də bu dəfəTanrı səni susaraq çağırır. 

Ədalət Qarabulud.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
adalet.az

2Mənbələr